İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH ABŞ-nin məxfi hərbi texnologiyasını ƏLƏ KEÇİRDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdiyi və bunun nəticəsində qabaqcıl Amerika hərbi texnologiyalarına çıxış əldə etdiyi iddia olunur.

Musavat.com xəbər verir ki, bu barədə İranın “Fars” informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, ələ keçirilən pilotsuz sualtı aparat əməliyyat şəraiti barədə məlumat toplamaq və həmin məlumatları komandanlıq mərkəzinə ötürmək üçün nəzərdə tutulan ən yeni sensor kompleksi ilə təchiz edilib.

Aparatda həmçinin ekoloji monitorinq sistemləri və yüksək dəqiqlikli görüntü kameralarının olduğu bildirilir.

Mənbələrin iddiasına görə, ələ keçirilmiş avadanlığın və texnologiyaların öyrənilməsi Tehrana ABŞ-nin məxfi sualtı sistemləri və texnologiyaları barədə məlumat əldə etmək imkanı verə bilər.

Bildirilir ki, əldə olunan məlumatlar gələcəkdə əks-mühəndislik işlərində istifadə oluna, həmçinin İranın yeni nəsil pilotsuz sualtı aparatlarının hazırlanmasını sürətləndirə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR