İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səkkiz” serialına daha bir zərbə - Bloklandı - FOTO

Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialı ilə bağlı daha bir qalmaqal yaşanıb.

Musavat.com-un məlumatına görə, serialda səsləndirilən qeyri-etik ifadəyə görə ARB kanalına tətbiq olunan cərimədən sonra “Park Cinema” da serialın yayımını dayandırıb. Bununla bağlı “Park Cinema” rəsmi açıqlama yayıb.

Bundan başqa, filmin ilk hissəsinə “YouTube” platformasında “3İCinema” kanalında məhdudlaşdırma tətbiq edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Media Xidmətləri Şurası kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, həmin kadrlar “Media haqqında” qanunun tələblərinə zidd sayılıb. Nəticədə “ARB” kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

“Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR