İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfərlər artıq ucuz deyil: yanacaq qiymətləri "partlayış" həddində

Yaxın Şərqdə davam edən hərbi qarşıdurma qlobal aviasiya sektoruna birbaşa təsir göstərməyə başlayıb, uçuşların maya dəyəri sürətlə artır.

Musavat.com xəbər verir ki, regionda yanacaq təchizatı ilə bağlı risklərin artması Asiya ölkələrində aviaşirkətləri sərt qərarlar verməyə məcbur edib.

Son məlumatlara görə, bir sıra ölkələrdə yanacaq xərclərinin artımı artıq rekord səviyyəyə çatır:

Çinin Xiamen Airlines və China United Airlines şirkətləri həm daxili, həm də beynəlxalq uçuşlarda yanacaq rüsumlarını 6 dəfə artırmağa hazırlaşır;

Cənubi Koreya aviaşirkətləri yanacaq əlavəsini artıq 3 dəfə yüksəldib;

Hindistanın Neft Nazirliyi ölkədaxili reyslər üçün aviasiya yanacağının qiymətinin 25% artdığını açıqlayıb;

Yaponiyada isə beynəlxalq uçuşlarda tətbiq olunan yanacaq əlavələrinin ikiqat artırılması gündəmdədir.

Ekspertlər bildirir ki, bu kəskin artımın əsas səbəbi Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı ətrafında yaranan gərginlikdir. Bu marşrut dünya enerji daşımalarının əsas arteriyalarından biri sayıldığından, hər hansı risk dərhal qiymətlərə təsir edir.

Mütəxəssislərin fikrincə, yanacaq böhranı davam edərsə, yaxın aylarda:

aviabiletlərin qiyməti daha da bahalaşacaq,

bəzi istiqamətlər üzrə uçuşlar azaldıla bilər,

ucuz səyahət imkanları ciddi şəkildə məhdudlaşacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR