Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə Niderlandın "Tvente" klubu ilə qarşılaşıb.
Gərgin keçən qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamıza vacib qələbəni 52-ci dəqiqədə Kadi Borjesin vurduğu qol qazandırıb.
Bu nəticə "Qarabağ"a cavab görüşü öncəsi ciddi üstünlük qazandırıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
***
Musavat.com xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" – "Qarabağ" matçında hesab açılıb.
Qarşılaşmanın 52-ci dəqiqəsində Ağdam təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Kadi Borjes dəqiq zərbə ilə rəqib qapısına yol taparaq komandasını öne keçirib — 0:1.
***
"Tvente" – "Qarabağ" matçında ilk hissə başa çatdı: Hesab açılmadı
Musavat.com xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Tvente" – "Qarabağ" görüşünün ilk hissəsi yekunlaşıb.
Ensxede şəhərindəki "De Grolsch Veste" stadionunda təşkil olunan qarşılaşmanın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb.
Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar — 0:0.
***21:58
Musavat.com xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Tvente" (Niderland) – "Qarabağ" (Azərbaycan) görüşü start götürüb.
Niderlandın Ensxede şəhərindəki "De Grolsch Veste" ("Qrols Veste") stadionunda təşkil olunan qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayıb.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ