İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyan Bakı həbsxanaları haqqında bunları dedi

Ermənistanın keçmiş prezidenti, Xocalı canisi Serj Sarkisyan Yeni il münasibətilə yayımladığı video-müraciətdə Ermənistanın azad ola bilməməsinin səbəblərini sadalayıb.

Musavat.com-un xəbərinə görə, Sarkisyan iddia edib ki, ermənilər Bakı həbsxanalarında saxlanıldığı müddətdə Ermənistanın azadlığından danışmaq mümkün deyil.

Onun sözlərinə görə, Ermənistanın öz həbsxanalarında olan bütün siyasi məhbuslar azad edilməyincə və mövcud hakimiyyət erməni xalqının “gözləntilərini” yerinə yetirməyincə ölkə həqiqi azadlıq qazana bilməz. Sarkisyan çıxışında daxili siyasi vəziyyəti tənqid edərək, milli maraqların təmin olunmadığını da vurğulayıb.

Məlumata görə, Serj Sarkisyanın adından İrəvandakı “Yerablur” hərbi panteonunda “Vətən uğrunda həlak olanların” xatirəsinə əklil də qoyulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR