İnsanlara hürriyət, millətlərə istiqlal!

Şakro Molodoy azərbaycanlı biznesmenin yaxın dostunun DƏFNİNDƏ

Rusiyanın əsas “qanuni oğru”su hesab edilən, Şakro Molodoy ləqəbi ilə tanınan kriminal avtoritet Zaxari Kalaşov “Solsnevskilər” qruplaşmasının lideri Viktor Averinlə vida mərasimində görüntülənib.

Bu barədə telegram kanallarında məlumat yayılıb.

Məlumata görə, o, mütəşəkkil cinayətkar qrupun yaradıcısının dəfn mərasimində iştirak edib.

Paylaşımda bildirilir ki, bu yaxınlarda həbsdən azad edilən Şakro Molodoyun səhhətində ciddi problemlər var. Averin Yeni Moskva inzibati dairəsində yerləşən Pıxtinski qəbiristanlığında dəfn olunub. Vida mərasimi isə Peredelkino qəsəbəsindəki Müqəddəs İqor Çerniqovski katedralində keçirilib.

Qeyd edək ki, Viktor Averin dekabrın 20-də Moskvanın Pestovo qəsəbəsi istiqamətində yaxtanın aşması nəticəsində həlak olub. Həmin yaxtada Averinin yaxın adamı olan azərbaycanlı biznesmen 61 yaşlı Əliyev Şəmistan İsmayıl oğlu da olub. Qəza zamanı Şəmistan Əliyev xəsarət alıb./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR