Onlayn ictimai-siyasi qəzet
Almaniyanın Frankfurt şəhərində yaşayan İran diasporasının nümayəndələri Tehranda baş verən genişmiqyaslı etirazları dəstəkləmək üçün etiraz aksiyası keçiriblər.
Musavat.com xəbər verir ki, toplaşanlar “Şah yaşasın” şüarını səsləndiriblər.
Məlumata görə, bu şüar İranda hakimiyyətdə olmuş Pəhləvi sülaləsi ilə əlaqələndirilir. Aksiya iştirakçıları həmçinin ölkədəki insan haqları pozuntularına və repressiyalara etirazlarını bildiriblər.
Şahanə Rəhimli
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ