İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah Sumqayıtın bir hissəsində qaz olmayacaq

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Musavat.com xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 26-da Sumqayıt şəhəri Çerkassi küçəsi 50-ci məhəllə ünvanında qaz təchizatında məhdudiyyətlər tətbiq olunacaq.

Görüləcək işlərlə bağlı sabah saat 10:00-dan etibarən, həmin ərazidə yaşayan 600 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR