İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu ölkədə rahat təqaüdə çıxmaq — bu qədər pul toplamaq lazımdır

Gürcüstanda 15 il rahat pensiya həyatı yaşamaq üçün kifayət qədər böyük məbləğ toplamaq lazımdır.

Musavat.com xəbər verir ki, NetCredit və Numbeo-nun 95 ölkə üzrə apardığı hesablamalara əsasən, Gürcüstanda 15 illik komfortlu pensiya həyatı üçün təxminən 315 min dollar vəsait tələb olunur.

Araşdırmaya görə, ən yüksək göstərici Sinqapurda qeydə alınıb. Burada 15 illik rahat pensiya həyatı üçün təxminən 1,1 milyon dollar toplamaq lazımdır. Ən aşağı göstəricilərdən biri isə Pakistandadır – 187 min dollar.

Gürcüstanın qonşuları arasında pensiya həyatı daha baha başa gələn ölkə Türkiyədir. Burada eyni dövr üçün təxminən 361 min dollar tələb olunur.

Azərbaycan, Ermənistan və Rusiyada isə 15 illik rahat pensiya həyatı üçün lazım olan məbləğ 260–280 min dollar arasında dəyişir.

Beləliklə, hesablamaya əsasən, Gürcüstanda rahat pensiya üçün tələb olunan yığım Azərbaycan, Ermənistan və Rusiyadan yüksək, Türkiyədən isə aşağıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR