Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Kramatorsk şəhərinə Rusiya ordusunun zərbələri nəticəsində burada yaşayan azərbaycanlılar zərər çəkiblər.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Donetsk vilayətində Ukraynanın nəzarətində qalan bu şəhərdə zərər çəkənlərdən biri Kramatorskda Azərbaycan diasporunun rəhbəri Mübariz Rüstəmovdur.
Ona məxsus 500 kvadratmetrlik ticarət obyekti, obyektə məxsus avtomobillər raket və dron zərbələrindən tamamilə məhv olub.
Aviazərbələr nəticəsində bu şəhərdə yaşayan digər azərbaycanlı, 1960-cı il təvəllüdlü İsmayılov Niyyətullanın evi ciddi zərər görüb, özü isə yaralanıb. Zərbələr nəticəsində avtomobili də sıradan çıxıb.
Kramatorskda yaşayan Həsən Məmmədovun yaşadığı yer dron zərbələri nəticəsində zərər görüb.
Qeyd edək ki Kramatorsk şəhəri daimi atəş altındadır.
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ