İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Belqorod vilayətində kütləvi PUA zərbələri: Dağıntılar və yanğınlar var

Rusiyanın sərhəd bölgəsində pilotsuz uçuş aparatlarının kütləvi zərbələri nəticəsində ciddi fəsadlar yaranıb.

Musavat.com xəbər verir ki, Belqorod vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Şuvayev bölgənin güclü PUA hücumuna məruz qaldığını bəyan edib.

Bölgə rəhbərinin sözlərinə görə, şəhər küçələrində dağıntılar qeydə alınıb və hücumlar nəticəsində yanğınlar baş verib.

Hazırda yanğınsöndürmə briqadaları və operativ xidmətlər alovun söndürülməsi və fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

Şuvayev zərərçəkənlərin dəqiq sayını açıqlamasa da, xəsarət alan şəxslərin artıq xəstəxanalara yerləşdirildiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR