İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı deputat Ukraynada kütləvi zərbələrə çağırıb

Rusiya Dövlət Dumasının üzvü Andrey Kolesnik ölkənin "hərbi relslərə" keçməsinin və Ukraynaya qarşı hərbi əməliyyatların daha da genişləndirilməsinin vacibliyini bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, deputat bu barədə Lenta.ru nəşrinə müsahibəsində danışıb.

Kolesnikin sözlərinə görə, Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi və onun "40 günlük sülhə məcburetmə əməliyyatı" adlandırdığı kampaniya Yeni ilə qədər uzadılacaq.

Deputat hesab edir ki, buna cavab olaraq Rusiya hərbi əməliyyatların intensivliyini artırmalıdır.

"Artıq hərbi relslərə keçmək, düşmən ərazisinə daha güclü və daha kütləvi zərbələr endirmək lazımdır ki, onlar bunun cəzasız qalmadığını başa düşsünlər. Eyni zamanda pilotsuz uçuş aparatlarının haradan buraxıldığını müəyyənləşdirmək lazımdır", – deyə Kolesnik bildirib.

O qeyd edib ki, Moskva vilayətinə edilən son pilotsuz aparat hücumundan sonra belə tədbirlər daha da aktuallaşıb.

Deputatın sözlərinə görə, dron hücumlarının qarşısını alan qüvvələrin sayı da artırılmalıdır.

"Əks halda bunun öhdəsindən gələ bilməyəcəyik və zərbələr almaqda davam edəcəyik", – deyə o vurğulayıb.

Kolesnik əlavə edib ki, Rusiya artıq yalnız cavab tədbirləri hazırlamaqla kifayətlənməməli, "normal hərbi əməliyyatlara" keçməlidir.

Qeyd edək ki, rusiyalı deputat müsahibəsində Ukraynaya qarşı daha genişmiqyaslı zərbələrin endirilməsinə çağırsa da, konkret olaraq hansı hədəflərin nəzərdə tutulduğunu açıqlamayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR