Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının prezidenti postuna keçmiş namizəd Boris Nadejdinə qarşı ittihamlar “Meduza”nın Telegram və YouTube kanallarında yerləşdirilən müsahibədən qaynaqlanır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nəşr 2023-cü ildə "arzuolunmaz" təşkilat kimi tanınıb.
Materiallar Moskvanın Nikulinski rayon məhkəməsinə daxil olub. Bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti məlumat verib.
Nadejdin Rusiyada "arzuolunmaz" hesab edilən təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olunur. Siyasətçidən müsahibəni Vladislav Qorin alıb.
Dünən Nadejdinin Rusiyanı tərk etdiyi açıqlanıb.
Boris Borisoviç Nadejdin 26 aprel 1963-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub.
Rusiya Federasiyası Dövlət Dumasının deputatı (1999–2003) kimi fəaliyyət göstərib.
O, 2024-cü il prezident seçkilərində RF prezidentliyinə namizəd olub. Lakin MSK Nadejdinin prezidentliyə namizədliyini qeydiyyata almayıb.
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ