Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyada yeni səfərbərliyin olmayacağını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə o RTVI-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bunlar "Ukrayna hakimiyyəti və Qərb mediası tərəfindən dövriyyəyə buraxılan informasiya dezinformasiyalarıdır".
"Bilirsiniz, bunların hamısını Ukrayna hakimiyyəti dövriyyəyə buraxır. Təbii ki, rejim ölkəmizdəki vəziyyəti ideoloji cəhətdən sarsıtmağa çalışır. Bunların hamısı məqsədyönlü şəkildə informasiya məkanına ötürülən yalan xəbərlərdir", - deyə Rusiya Prezidentinin mətbuat katibi bildirib.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ