İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hərbi çağırışda şok islahat

Rusiya Federasiyasının Müdafiə Nazirliyi ölkədə orduya müqaviləli hərbi qulluqçuların cəlb edilməsi və mobilizasiya prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək, eyni zamanda ciddi müzakirələrə yol açacaq yeni qanun layihəsi hazırlayıb. Rəsmi qurum müqavilə imzalamazdan əvvəl və ya səfərbərlik zamanı vətəndaşların sağlamlıq durumunun, hərbi xidmətə yararlılıq kateqoriyasının icbari qaydada yoxlanılmasının tamamilə ləğv edilməsini təklif edib.

Musavat.com xəbər verir ki, Rusiyanın aparıcı "RBK" media holdinqinin və normativ hüquqi aktların federal portalının yaydığı rəsmi sənəd layihəsinə əsasən, bundan sonra hərbi xidmətə qəbul zamanı "avtomatik" və hamı üçün məcburi olan tibbi komissiya müayinələri keçirilməyəcək. Yeni qaydalara görə, yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün genişmiqyaslı tibbi şəhadətləndirilmə yalnız müvafiq şəxsdə aşkar zədələr, ağır xəsarətlər (kontuziyalar, travmalar) və ya onun xidmət imkanlarını məhdudlaşdıran, yaxud tamamilə qeyri-yararlı edən konkret xəstəliklər mövcud olduqda həyata keçiriləcək. Dövlət portalında ictimai müzakirəyə çıxarılan bu dəyişikliyə qədər qüvvədə olan qanunvericiliyə əsasən, müqavilə imzalayan və ya mobilizasiya olunan hər bir vətəndaşın istisnasız olaraq tibbi komissiyadan keçməsi qanuni tələb idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR