Onlayn ictimai-siyasi qəzet
Müstəqil jurnalistlər Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri həlak olmuş 158 143 rusiyalı hərbçinin adını müəyyən ediblər.
Musavat.com xəbər verir ki, itkilərin hesablanmasını BBC-nin Rus xidməti və “Mediazona” könüllülərdən ibarət komanda ilə birgə aparıb.
Məlumatlara görə, ölənlərin 55 faizi könüllülər, səfərbər edilənlər və cəzaçəkmə müəssisələrindən müharibəyə göndərilmiş məhkumlardır. Həlak olanlar arasında ən böyük pay yenə də könüllülərin payına düşür - 51 538 nəfər.
Müharibə başlayandan bəri Rusiya ən azı 6278 zabitini itirib; onların 77 faizi aşağı rütbəli komandirlərdir.
Müəyyən edilmiş itkilərin mütləq sayı baxımından Başqırdıstan və Tatarıstan regionları hələ də ilk yerlərdədir.
Tədqiqatçılar bildirirlər ki, 2025-ci ilin yekun itkilərini hesablamaq üçün hələ bir neçə aya ehtiyac var, lakin bu il Rusiya ordusu üçün ən qanlı il ola bilər.
Jurnalistlər həlak olanların siyahılarını açıq mənbələrə əsaslanaraq tərtib edirlər: KİV məlumatları, yerli administrasiyaların açıqlamaları, qohumların sosial şəbəkə paylaşımları və qəbiristanlıqlardakı məlumatlar.
Araşdırmaçıların qiymətləndirməsinə görə, Rusiyanın real itkiləri 243 300 - 351 400 nəfər arasında ola bilər.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ