Onlayn ictimai-siyasi qəzet
Macarıstan hökuməti ölkəyə gələn xarici işçi qüvvəsi ilə bağlı qaydaları kəskin şəkildə sərtləşdirmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, hökumətin sözçüsü Vanda Szondi Macarıstan hakimiyyətinin artıq Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarına yeni iş vizalarının verilməsini dayandıracağını açıqlayıb.
Rəsmi Budapeştin bu addımı daxili əmək bazarını qorumaq məqsədi daşıyır. Sözçünün bildirdiyinə görə, miqrant işçilərin kütləvi axını yerli əhalinin əməkhaqqı səviyyəsinə mənfi təzyiq göstərə bilər.
V.Szondi qeyd edib ki, bu qərar ölkənin əmək miqrasiyası siyasətinin daha geniş şəkildə yenidən nəzərdən keçirilməsi istiqamətində atılan ilk addımdır.
Bununla belə, qərar Macarıstanda hazırda rəsmi fəaliyyət göstərən əcnəbilərə şamil olunmayacaq. Onlar mövcud iş icazələrinin müddətini uzatmaq hüququnu qoruyub saxlayırlar. Eyni zamanda, məhdudiyyətdən əvvəl təqdim edilmiş bütün viza müraciətlərinə də adi qaydada baxılacağı bildirilir. Xatırladaq ki, bundan əvvəl Macarıstan hökuməti Ukraynanın Avropa İttifaqına daxil olmasına qoyduğu 17 aylıq vetonu ləğv edib.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ