İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus gəmisi BOMBALANDI, azərbaycanlılar HƏLAK oldu, Moskvadan Bakıya TƏCİLİ zəng - TV Musavat 

Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Qeyd etmək istərdik ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
"Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.

Hal-hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq",- deyə XİN-dən bildirilib.

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin dron hücumu nəticəsində həlak olan azərbaycanlı dənizçilərin ailələrinə və yaxınlarına başsağlığı verib. Musavat.com xəbər verir ki, Rusiya rəsmisi bu barədə verdiyi bəyanatda hücumları kəskin pisləyib.

Mixail Qaluzin mövzu ilə bağlı çıxışında deyib: "Biz Qara dəniz və hətta Aralıq dənizi sularında dinc mülki gəmilərə hava və dəniz dronları vasitəsilə kimlərin hücum etdiyini çox yaxşı bilirik".

"Sözügedən xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Gəmilər Azərbaycan dövlətinə məxsus deyil. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər".

Rusiya Azov dənizində Azərbaycan vətəndaşlarının da olduğu gəmilərin vurulmasına görə Ukraynanı ittiham edib. Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Azov dənizində “Natra” və “Zirkon” gəmilərinə edilən hücumlar Kiyev rejiminin (Ukrayna rəhbərliyini nəzərdə tutur – red.) terrorçu mahiyyətini təsdiqləyir”, - diplomat bildirib.

Mariya Zaxarova qeyd edib ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin “Natra” və “Zirkon” gəmilərinə hücumları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycanın Moskvadakı səfirliyi ilə əlaqə saxlayıb. Diplomatın sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin gəmilərə hücumlarından zərər çəkmiş vətəndaşlara konsulluq girişinin təmin edilməsində Azərbaycana lazımi köməkliyi göstərəcək. Bütün bu hadisələri və Ermənistan seçkiləri TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Qabil Hüseynli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR