Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Xarici Kəşfiyyat Xidməti (XKX) Kremlin sülh danışıqlarını pozmaq məqsədilə təxribat hazırladığını iddia edir.
Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
XKX-nin açıqlamasında bildirilir ki, sözügedən əməliyyat kompleks xarakter daşıyır.
“Rusiya prezidenti Vladimir Putinin iqamətgahına “hücum”dan sonra Kremlin yeni saxtalaşdırılmış informasiya əsaslarını yaydığı müşahidə olunur. Məqsəd Rusiya və xarici auditoriyanı növbəti eskalasiyaya hazırlamaqdır”, - deyə məlumatda qeyd olunub.
Ukrayna kəşfiyyatının məlumatına görə, yüksək ehtimalla söhbət “informasiya və manipulyativ təsirdən güc tətbiqinə əsaslanan təxribatlara keçid”dən gedə bilər. Belə addımların mümkün vaxtı kimi Yuli təqvimi üzrə Milad bayramı ərəfəsi və ya bayram günü – 7 yanvar göstərilir.
XKX iddia edir ki, ehtimal olunan təxribatın baş verə biləcəyi yer Rusiyanın ərazisində, eləcə də Ukraynanın işğal olunmuş bölgələrində “dini obyekt və ya yüksək simvolik əhəmiyyətə malik digər bir məkan” ola bilər.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ