İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya avtomobil istehsalı dərin struktur böhranı ilə üz-üzə qaldı

Ekspertlərin qiymətləndirməsinə görə, Rusiya avtomobil bazarında yaşanan proseslər müvəqqəti durğunluq deyil, ciddi və dərin struktur böhranı xarakteri daşıyır.

Musavat.com xəbər verir ki, cari ilin yanvar–oktyabr ayları ərzində avtomobil texnikası istehsalı ümumilikdə 22 faiz azalıb. Təkcə oktyabr ayında isə istehsalın təxminən 40 faiz geriləməsi qeydə alınıb ki, bu da sənayenin bütün sahələri arasında anti-rekord sayılır.

Məlumatlara görə, avtomobil sənayesində minik avtomobillərinin istehsalı təxminən 10 faiz, satışlar isə 18 faiz azalıb. Mütəxəssislər qeyd edirlər ki, idxal məhdudiyyətləri, komponent çatışmazlığı və daxili tələbatın zəifləməsi böhranın əsas səbəbləri sırasındadır.

Analitiklərin fikrincə, mövcud tendensiya davam edərsə, Rusiya avtomobil sənayesinin yaxın perspektivdə bərpası olduqca çətin görünür.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR