İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus Pravoslav Kilsəsindən qadınlara "fətva": “İşsiz ərinizi danlamayın”

Rus Pravoslav Kilsəsi ailədə kişinin işsiz qalması ilə bağlı yaranan problemlərin qarşılıqlı ittihamlarla deyil, dialoq yolu ilə həll edilməsinə çağırıb.

Musavat.com xəbər verir ki, protoierey Batanogov qadınlara işsiz qalan ərlərini davamlı danlamamağı və təzyiq göstərməməyi tövsiyə edib.

Onun sözlərinə görə, iradlar və ittihamlar qarşı tərəfdə əsasən özünümüdafiə reaksiyası yaradır, bəzi hallarda isə cavab hücumuna və ailədaxili münaqişənin daha da kəskinləşməsinə gətirib çıxarır.

Din xadimi qeyd edib ki, kişinin işləməməsinin arxasında müxtəlif səbəblər, o cümlədən depressiya və ya xəstəlik dayana bilər. Buna görə də ilk növbədə problemin səbəbini müəyyənləşdirmək və çıxış yolunu birlikdə axtarmaq lazımdır.

Batanogov hesab edir ki, belə vəziyyətlərdə təzyiq və qarşılıqlı ittihamlar əvəzinə konstruktiv söhbət daha düzgün yanaşmadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR