Onlayn ictimai-siyasi qəzet
Rumıniya yanvarın 2-də Ukraynanın Dunay çayı üzərində yerləşən limanlarına qarşı Rusiya pilotsuz uçuş aparatlarının hücumu fonunda sərhəd bölgəsində təhlükəsizlik tədbirlərini gücləndirib.
Musavat.com xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 11:50-də (Bakı vaxtı ilə 13:50) ölkənin Feteşti şəhərindəki 86-cı aviabazadan iki F-16 qırıcısı Ukrayna ilə sərhəddə, Tulça vilayətinin şimal hissəsində monitorinq məqsədilə havaya qaldırılıb.
Saat 12:00-da vilayətin şimal ərazilərində yaşayan əhaliyə mümkün dağıntıların düşməsi riski ilə bağlı xəbərdarlıq edilib, həyəcan siqnalı isə 12:22-də ləğv olunub.
Nazirlik bildirib ki, ölkənin hava məkanının pozulması qeydə alınmayıb və fövqəladə xidmətlərə hər hansı insidentlə bağlı müraciət daxil olmayıb.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ