İnsanlara hürriyət, millətlərə istiqlal!

“Roşka”nın 5 il həbsi tələb edildi

Tiktokda “Roşka”kimi tanınan Rövşən Süleymanovun məhkəmə istintaqı başa çatıb.

Musavat.com “Qafqazinfo"ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror “Roşka”nın Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfinə çıxışa hazırlanması üçün bir neçə saat vaxt verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR