İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldinyonun futbola qayıdışı ilə bağlı iddialar təkzib edildi

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonun yenidən peşəkar futbola qayıdacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

İtaliyanın Seriya C təmsilçisi Ravenna FC klubunun vitse-prezidenti Ariedo Braida Ronaldinyonun komandanın heyətinə qoşulacağı ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Braida qeyd edib ki, tərəflər arasında mümkün əməkdaşlıq yalnız marketinq layihələri ilə məhdudlaşacaq və keçmiş ulduz futbolçu klubun formasını geyinməyəcək.

Onun sözlərinə görə, Ronaldinyo ilə uzun illərə dayanan dostluq münasibətləri mövcuddur. Buna baxmayaraq, braziliyalının yenidən yaşıl meydanlara qayıtması gündəmdə deyil.

Qeyd edək ki, Ronaldinyo futbolçu karyerası ərzində FC Barcelona, Paris Saint-Germain, AC Milan və Braziliyanın bir sıra aparıcı klublarında çıxış edib. O, futbol tarixinin ən texnikalı oyunçularından biri hesab olunur.//Demokrat.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR