Onlayn ictimai-siyasi qəzet
"Real Madrid"in əsas yarımmüdafiəçisi Federiko Valverdenin səhhətində ciddi problem yaranıb.
Musavat.com xəbər verir ki, klubun tibbi xidmətinin müayinələri zamanı uruqvaylı futbolçunun sol ayağının topuq nahiyəsində 3-cü dərəcəli burxulma (bağların ciddi zədələnməsi) aşkarlanıb.
28 yaşlı yarımmüdafiəçinin müalicə prosesinin gedişatından asılı olaraq meydanlardan bir neçə həftə uzaq qalacağı gözlənilir. Bu zədə Madrid klubunun sıx oyun təqvimində baş məşqçi üçün ciddi çətinlik yaradacaq.
22 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ