İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlu Almaniyadadadır

İqtisadçı alim Qubad İbadoğlu bu gün səhər saatlarında Azərbaycanı tərk edərək Almaniyaya gedib.

Qubad İbadoğlunun adının açıqlanmasını istəməyən yaxını məlumatı Musavat.com-a təsdiq edib.

Q.İbadoğlu "Azadlıq" qəzetinə açıqlamasında deyib ki, səhhətinə görə xaricə çıxışına qadağa götürülüb.

"Müayinələr, müalicə və zərurət yaranarsa ürəyimdə açıq tibbi əməliyyat üçün Almaniya gəldi,"-İbadoğlu bildirib.

Qeyd edək ki, Q.İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib.

2024-cü ilin aprelində səhhətinin kəskin pisləşməsi səbəbindən ev dustaqlığına buraxılıb.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2026

29 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR