İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda neft hasilatı kəskin azaldı

2026-cı ilin yanvar-iyul aylarında Qazaxıstanda neft hasilatı 53,2 milyon ton təşkil edib.

Musavat.com ölkənin Milli İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azalma deməkdir.

Nazirliyin məlumatına görə, neft hasilatının azalmasına və qlobal bazar dəyişkənliyinə baxmayaraq, davamlı artımda əks olunan müsbət dinamika əldə edilib.

Xəbər verildiyi kimi, 2026-cı ilin yanvar-iyun aylarında Qazaxıstanda neft hasilatı 45,7 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azdır. Qazaxıstanın energetika naziri Yerlan Akkenjenovun sözlərinə görə, ilin birinci yarısında neft hasilatında itkilər 3,3 milyon ton təşkil edib. O bildirib ki, neft-qaz sənayesindəki azalma "Xəzər Boru Kəməri Konsorsiumu və Tengizdəki vəziyyətlə" bağlıdır.
Qazaxıstan 2025-ci ildə təxminən 99,6 milyon ton neft hasil edib.

Yerlan Akkenjenov bildirib ki, ölkə 2026-cı ilin sonuna qədər 98 milyon ton neft hasil etməyi planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR