Onlayn ictimai-siyasi qəzet
Pakistanın şimal-qərbində yerləşən Dera İsmayıl Xan şəhərində güclü partlayış baş verib.
Musavat.com xəbər verir ki, yerli polis və təcili yardım xidmətlərinin ilkin məlumatlarına görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Partlayışın dəqiq səbəbləri hələlik bəlli deyil.
Qeyd edək ki, son zamanlar Pakistanın qonşu Əfqanıstanla münasibətlərinin kəskinləşməsi sərhədyanı bölgələrdə təhlükəsizlik vəziyyətini daha da ağırlaşdırıb.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ