İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan qaçdı, Donbasda vuruldu - “WarGonzo”ya ZƏRBƏ

Rusiyanın “WarGonzo” layihəsinin müəllifi Yevgeni Nikolayev həlak olub.

Musavat.com-un xəbərinə görə, məlumat Rusiyanın Telegram kanalları tərəfindən dərc edilib.

Nikolayev döyüş yoldaşlarını təhlükəli ərazidən çıxarmağa çalışarkən Slavyansk istiqamətində FPV tipli dronun zərbəsi nəticəsində həlak olub.

Rusiyadan Azərbaycana qarşı üç təxribat — Semyon Peqov prosesin  harasındadır?

Qeyd edək ki, “WarGonzo” kanalının qurucusu Semyon Peqovdur. Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb. Bir müddət əvvəl Donbasda yaralandığı xəbəri yayılmışdı. İndi isə onun kanalının müəllifi Ukraynada PUA ilə öldürülüb. "WarGonzo" layihəsi Aram Qarbelyanovun “istehsalıdır”.

Aram Qabrelyanov “Life.ru” xəbər portalının daxil olduğu “News Media” Nəşriyyat Evinin rəhbəri, “İzvestiya qəzetinin redaksiyası” ASC-nin direktorlar şurasının sədri, Moskvanın “Ararat” futbol klubunun sahibidir.

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR