Onlayn ictimai-siyasi qəzet
Son on ildə Rusiyanın maliyyə sisteminin əsas simalarından biri olan Elvira Nabiullina Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etməməsi ətrafında yaranmış müəmmaya daha biri də əlavə olunub.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Nabiullina və onun müavinləri Rusiya prezidenti Vladimir Putinin inflyasiya və əsas faiz dərəcəsini müzakirə etmək üçün keçirdiyi iclasında iştirak etməyiblər.
Vladimir Putin hökumət üzvləri ilə görüş keçirib və görüşdə inflyasiyanın azaldılması və əsas faiz dərəcəsinin mümkün azaldılması da daxil olmaqla iqtisadi məsələlər müzakirə olunub.
Nabullina təxminən bir həftədir ki, "yoxa çıxıb". Onun Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun əsas sessiyalarından birində çıxış etməsi planlaşdırılırdı, lakin adı natiqlər siyahısından çıxarılıb. Daha sonra onun 9 iyunda keçiriləcək Qiymətli Kağızlar Bazarı İştirakçılarının Milli Assosiasiyasının (NAUFOR) konfransını buraxacağı açıqlanıb. Mərkəzi Bankın mətbuat xidməti Nabiullinanın tədbirdə iştirak etməməsini onun xəstəlik məzuniyyətində olması ilə izah edib.

2027-ci ilin iyun ayında Nabiullinanın Mərkəzi Bankın rəhbəri vəzifəsindəki səlahiyyət müddəti başa çatır. Bu, onun üçüncü və sonuncu müddətidir. "The Bell" qəzeti xəbər verir ki, hazırda onun yerinə üç namizəd nəzərdən keçirilir: Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, "Promsvyazbank"ın baş direktoru Pyotr Fradkov və VTB-nin baş direktoru Andrey Kostin. Nəşrin qeyd etdiyi kimi, bu vəzifəyə kimin təyin ediləcəyi ilə bağlı qərarı sonda yalnız bir nəfər verəcək: Vladimir Putin.
Elvira Sakipzadovna Nabiullina 29 oktyabr 1963-cü ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində tatar ailəsində anadan olub. Mərkəzi Bankın gələcək rəhbərinin atası avtobazada sürücü, anası Züleyxa isə zavodda operator işləyib. İddialara görə, məktəbi qızıl medalla qurtarmaq istəyir, tatarlara verilən kvotalara görə(onlara az medal verirmişlər) alınmayıb. Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elvira aspiranturaya daxil olub və kafedranın müəllimi, iki uşaq atası Kuzminovla ailə həyatı qurub. Nabiullina rus liberallarının gələcək “yol göstərən ulduzu” Yevgeni Yasinin aspirantı olmaqla parlaq gələcəyini təmin edib. Yasinlə yaxın münasibət (o cümlədən, ona çox yaxın olan əri vasitəsilə) ona 1991-ci ildə SSRİ Elmi-Sənaye İnsitutunun işçisi olub. 1994-cü ildə Yasin onu özünün yaratdığı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Ekspert İnstitutuna apardı, oradan Elvira Yasinin nazir təyin edildiyi Rusiya İqtisadiyyat Nazirliyinə keçdi. 1997-ci ildə nazir müavini oldu, lakin bir il sonrakı defoltdan sonra dövlət qulluğundan qovuldu.
Elviranın “ulduzu” nun parlaması 1999-cu ilin sonlarına təsadüf edir. Bəzi mənbələrə görə, o, himayədarı Yasinin təklifi ilə German Qrefin yaratdığı Strateji Araşdırmalar Mərkəzində onun müavini olub. German Qref iqtisadi inkişaf və ticarət naziri təyin olunanda Nabiullina onun birinci müavini təyin edildi. 2007-ci ildə German Qref “Sberbank” a rəhbər gələndə onun yerinə keçdi. 2012-ci ilin may ayında Vladimir Putin onu köməkçisi təyin etdi. 2013-cü ilin yazında isə Rusiya Mərkəzi Bankına rəhbərlik edir...
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ