İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə qarşı çıxdılar: “Nikah yaşını endirmək lazım deyil”

Rusiya İctimai Palatasının üzvü Sergey Rıbalçenko nikaha daxilolma yaşının azaldılması təşəbbüsünə qarşı çıxıb və bunun ölkə üçün doğru yol olmadığını bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hakimiyyətin rəsmi ritorikası ilə real sosial-iqtisadi vəziyyət arasında ciddi ziddiyyət mövcuddur.

Rıbalçenko hesab edir ki, demoqrafik problemləri yalnız nikah yaşını aşağı salmaqla və doğum göstəricilərini süni şəkildə artırmaqla həll etmək mümkün deyil. Onun fikrincə, əsas səbəblər — normal iqtisadiyyatın olmaması, gənclər üçün sabit gələcək perspektivlərinin çatışmamasıdır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda keçirdiyi “birbaşa xətt” zamanı Qafqaz regionlarının bəzisində tətbiq edilən erkən nikah praktikasını açıq şəkildə müsbət qiymətləndirmişdi. Bu yanaşma cəmiyyətdə geniş müzakirələrə səbəb olub və xüsusilə uşaqların hüquqları ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Mövzu ətrafında ictimai müzakirələr davam edir. Bir tərəf demoqrafik böhranı əsas gətirərək erkən nikahların təşviqini müdafiə edir, digər tərəf isə bunun sosial-iqtisadi problemləri ört-basdır etməyə xidmət etdiyini və uzunmüddətli risklər yaratdığını vurğulayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR