Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin İran lideri Əli Xamneyinin ölümünü beynəlxalq hüququn pozulması aktı kimi qınayıb və mərhumun Rusiya-İran münasibətlərinə verdiyi böyük töhfəni qeyd edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya prezidenti hadisəni "bütün insan əxlaqı normalarını və beynəlxalq hüququ pozan həyasız qətl" adlandırıb.
O bildirib ki, Xamneyi Rusiyada İran və Rusiya arasındakı münasibətlərə "böyük töhfə" verən "görkəmli dövlət xadimi" kimi xatırlanacaq.
Putin həmçinin İran prezidenti Məsud Pezeşkiana və İran xalqına başsağlığı verib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ