Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin uzaq regionlara səfərlərə başlayıb. Musavat.com bildirir ki, Kazan, İrkutsk, Omsk və Krasnoyarskdan sonra Putin Buryatiya (Ulan-Ude) və Novosibirskə gedib. Buryatiya müharibədə ən çox canlı qüvvə itirən regionlardan biridir. Politoloq Nataliya Şavşukovanın fikrincə, Putinin bu səfərləri təsadüfi deyil. (azpolitika.info)
![]()
“Putin hesab edir ki, onun əsas meyar seçicisi böyük şəhərlərdə deyil, uzaq əyalətlərdə – Surkovun deyimi ilə 'dərin xalq' arasındadır. O, Sankt-Peterburqda küçəyə çıxsa, etirazla qarşılaşa bilər, amma əyalətlərdə canlı Putini görmək hələ də müəyyən reaksiya doğurur. Lakin indi əsas faktora çevrilən məsələ regionlara qayıdan '200-cülər' (cəsədlər) və hərbə aparılan insanların sayıdır. Sentyabr seçkiləri öncəsi hakimiyyət bu narazılıq dalğasını yatırmaq üçün regionları şəxsən gəzməyə məcburdur”, - Şavşukova belə şərh edib.

Politoloq Züriyə Qarayevanın Musavat.com-a bildirdiyinə görə, Rusiya daxilində destabilizasiya yaradılır və Ukrayna PUA-ları dərinlikləri vurmaqla bütün ölkəyə müharibəni hiss etdirir. Onun fikrincə, Kreml liderinin uzaq regionlara səfərləri əhalini “cilovlamağa” hesablanıb: “Eyni zamanda, bu regionlara diqqət ayırdığını nümayiş etdirir. Yəni unudulmadıqlarını bilməlidirlər. Hər halda, seçkilər yaxınlaşdıqca müharibədən narazılıq edənlərin səsi eşidilə bilər. Rusiya lideri bu amili də nəzərə alır”.

Züriyə Qarayeva hesab edir ki, müharibənin sonu görünmür və resursların tükəndirilməsi məqsədi ilə hərbi əməliyyatlar davam etdirilir: “Ukrayna qış zərbələrinə hazırlaşır. Həmçinin Rusiyanın səfərbərlik planlarına kontur addımlar nəzərdən keçirilir. Zənnimcə, qış aylarında kritik infrastruktura hücumlar qarşılıqlı şəkildə güclənəcək. Rusiya vətəndaşları ilkdəfə belə bir qış mövsümü yaşamalı olacaqlar. Ona görə də Putin ucqarlardakı əhalinin könlünü almağa çalışır”.
Emil Salamoğlu
Musavat.com
13 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ