İnsanlara hürriyət, millətlərə istiqlal!

Postsovet məkanının ən ucuz ölkəsi seçildi

2026-cı il üzrə yaşayış xərcləri indeksi açıqlanıb və nəticələrə görə Qırğızıstan postsovet ölkələri arasında ən aşağı xərclərə malik dövlət kimi yer alıb.

Musavat.com xəbər verir ki, reytinq beynəlxalq Numbeo portalının hesabatına əsaslanır.

Araşdırma zamanı ərzaq məhsullarının qiymətləri, kommunal xidmətlər, ictimai nəqliyyat, kafelərə və ictimai iaşə obyektlərinə baş çəkmə xərcləri, eləcə də gündəlik yaşayışla bağlı digər əsas göstəricilər nəzərə alınıb.

Numbeo-nun məlumatına görə, Qırğızıstanda gündəlik xərclərin aşağı olması ölkəni həm yerli əhali, həm də regionda ucuz həyat axtaranlar üçün cəlbedici edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR