Onlayn ictimai-siyasi qəzet
İlk dəfə olaraq Bloomberg-in milyarderlər reytinqində ilk 10 yeri ABŞ vətəndaşları tutub.
Musavat.com xəbər verir ki, 10 sentyabrda LVMH şirkətlər qrupunun sahibi fransız Bernard Arnonun sərvəti 143 milyard dollara düşüb.
Nəticədə, sahibkar siyahıda geriləyərək, reytinqdəki 10-cu yerini sərvəti 144 milyard dollar olan amerikalı investor Uorren Baffetə verib.
Sahibkar İlon Mask 919 milyard dollarla reytinqdə birinci yeri tutur, ardınca Google-ın həmtəsisçisi Larri Peyc 286 milyard dollarla və Amazon-un təsisçisi Jeff Bezos 274 milyard dollarla gəlir.
İlk onluğa həmçinin Google-un həmtəsisçisi Sergey Brin (266 milyard dollar), Dell-in təsisçisi Maykl Dell (245 milyard dollar), Meta Corporation rəhbəri Mark Zuckerberg (229 milyard dollar), Oracle-ın həmtəsisçisi Larri Ellison (208 milyard dollar), texnologiya nəhəngi Nvidia-nın baş direktoru Jensen Huang (181 milyard dollar) və Microsoft-un keçmiş baş direktoru Stiv Ballmer (172 milyard dollar) daxildir.
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ