İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis keçmiş baş nazirin gizli seyfini açdı – ölkə bu hadisədən danışır

İspaniyada keçmiş baş nazir Xose Luis Rodriqes Sapateronun ofisində aparılan əməliyyat ölkədə böyük rezonans yaradıb.

Musavat.com xəbər verir ki, İspaniyanın Milli Polisi Madriddə yerləşən ofisdə gizli seyf aşkar edib və oradan 103 ədəd bahalı zinət əşyası, lüks saat və müxtəlif qiymətli aksesuar götürüb.

Məlumata görə, əməliyyat korrupsiya və maliyyə əlaqələri ilə bağlı araşdırma çərçivəsində keçirilib. Seyfdən “Omega” markalı saatlar, qızıl zəncirlər, üzüklər, bilərziklər və digər bahalı əşyalar tapılıb. Bundan əlavə, elektron daşıyıcılar və müxtəlif sənədlərin də müsadirə edildiyi bildirilir. 

Sapateronun yaxın çevrəsi isə aşkarlanan əşyaların ailə mirası və müxtəlif rəsmi səfərlər zamanı təqdim olunan hədiyyələr olduğunu iddia edir.

İspaniya mediası yazır ki, polis hazırda əşyaların real dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza aparır. Yerli KİV-lərin məlumatına görə, tapılan zinət əşyalarının ümumi dəyəri araşdırılacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR