İnsanlara hürriyət, millətlərə istiqlal!

Piterdə 6 ildən sonra tarixi qərar – Bu məhdudiyyət ləğv edilir

Sankt-Peterburqda koronavirus pandemiyasından qalan son məhdudiyyət də aradan qaldırılır.

Musavat.com xəbər verir ki, şəhər administrasiyasının mətbuat xidmətinin məlumatına görə, oktyabrın 1-dən COVID-19-la bağlı məhdudiyyətlər tam ləğv ediləcək.

Qərar Sankt-Peterburq və Leninqrad vilayətinin baş dövlət sanitar həkiminin göstərişindən sonra qəbul olunub.

Şəhərdə koronavirusla bağlı məhdudiyyətlər ilk dəfə 13 mart 2020-ci ildə tətbiq edilmişdi. Sonrakı illərdə tədbirlər mərhələli şəkildə yumşaldılıb.

Hazırda həmin sənəddə qüvvədə qalan yeganə məhdudiyyət xüsusi icazə olmadan kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağadır. Oktyabrın 1-dən bu məhdudiyyət də ləğv olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR