Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə gərginlik pik həddə çatdığı bir vaxtda İran prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edildiyi barədə məlumat yayılıb.
Musavat.com xəbər verir ki, prezidentin oğlu Yusif Pezeşkian bildirib ki, hücum cəhdi uğursuz olub və dövlət başçısı sağdır. Hadisənin detalları açıqlanmasa da, məsələ ilə bağlı araşdırma aparıldığı vurğulanıb.
Eyni zamanda, İranın şimalındakı Abyek şəhərində yaşayış binasına endirilən zərbə nəticəsində bir məktəbin şagirdi həyatını itirib. Məlumatı İranın rəsmi xəbər agentliyi ISNA yayıb. Hadisə mülki itkilərin artdığını göstərir və bölgədə humanitar narahatlığı daha da gücləndirib.
Digər tərəfdən, İsrail mediası qarşıdurmanın yeni mərhələsi başlayandan bu günədək İrandan 125 raketin buraxıldığını açıqlayıb. Onlardan 35-nin İsrail ərazisinə çatdığı bildirilir. Bu barədə İsrailin Walla portalı məlumat yayıb.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ