İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan SON DƏQİQƏ AÇIQLAMASI: ABŞ-nin təklifinə CAVAB VERDİ

İran prezidenti Məsud Pezeşkian region hökumətlərinin ABŞ prezidentinin danışıqlar təklifinə cavab verməsi xahişi fonunda dövlət katibinə tapşırıq verib.

Musavat.com xəbər verir ki, bu barədə İran prezidenti "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, Tehran və Vaşinqton arasında danışıqlar İranın milli maraqları çərçivəsində aparılmalıdır.

Pezeşkian milli maraqlar çərçivəsində prinsiplərə əsaslanan ədalətli və qərəzsiz danışıqların təmin olunmasını tələb edib:

"Regiondakı dost hökumətlərin ABŞ Prezidentinin danışıqlar təklifinə cavab vermək xahişi fonunda mən xarici işlər nazirinə uyğun şərait olduğu təqdirdə təhdidlər və əsassız gözləntilər olmadan ədalətli və bərabərhüquqlu danışıqlar aparmağı tapşırdım".

Pezeşkian qeyd edib ki, bu danışıqlar yalnız təhdidlərdən və əsassız gözləntilərdən uzaq, müvafiq və uyğun bir atmosferdə həyata keçirilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR