Onlayn ictimai-siyasi qəzet
“Ölkənin problemləri bizim məsuliyyətimizdir”.
Musavat.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian ölkəsində baş verən son etirazlara münasibət bildirərkən deyib.
İran prezidenti bildirib ki, əgər insanlar narazıdırsa, günahkar Amerika və ya başqası deyil:
“Əgər insanlar narazıdırsa, bu, bizim öz günahımızdır. Amerikanın və ya başqasının günahı deyil. Bizim məsuliyyətimiz resursları düzgün idarə etmək, səmərəliliyi və məhsuldarlığı artırmaq və insanların problemlərini həll etməkdir.
Üzləşdiyimiz çətinliklər idarəçilərimiz, biz müsəlmanlar və iranlılar üçün bir sınaqdır ki, ölkəmiz üçün yeni yol xəritəsi müəyyən edək. Allahın köməyi ilə, ümidsizliyi qətiyyətlə əvəz edib birgə çalışsaq, İranın gələcəyi parlaq olacaq”, - deyə Pezeşkian vurğulayıb.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ