İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan ŞOK ETİRAF: “Münaqişəni iki görüşlə həll etmək mümkün deyil”

Ermənilərlə azərbaycanlılar arasında dialoq ritorikanı dəyişməyə yönəlib.

Musavat.com "news.am"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, ekspertlər arasında keçirilən cəmi iki görüş 37 illik münaqişənin bütün problemlərini həll edə bilməz.

O əlavə edib ki, real dəyişikliklərin baş verməsi üçün proses davamlı olmalıdır.

“Dialoqun olmaması o deməkdir ki, ermənilər Azərbaycanda müəyyən dairələrin ritorikasında, azərbaycanlılar isə Ermənistandakı müəyyən dairələrin ritorikasında, öz qiymətləndirmələrində dəyişkən heç nə görmürlər”, - Paşinyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR