İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan vaxt qazanmağa çalışır - ŞOK İDDİA

Ermənistanda Baş nazir Nikol Paşinyanın Rusiya ilə münasibətlərdə vaxt udmağa çalışdığı iddia olunub.

Musavat.com xəbər verir ki, bu iddia erməni müxalif “Tovarish-general” saytından gəlib.

Paşinyanın tənqidçiləri onun Yekaterinburqda Rusiya Baş naziri Mixail Mişustin ilə görüşündən sonra Moskvanın parlament seçkilərinin nəticələrini və Paşinyanın legitimliyini faktiki olaraq qəbul etdiyini irəli sürürlər.

Bununla belə, məqalədə vurğulanır ki, görüş zamanı Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxışı ilə bağlı müzakirə olunan referendum məsələsi gündəmdən çıxarılmayıb və tərəflər arasında iqtisadi ziddiyyətlər də aradan qalxmayıb.

Erməni analitiklərinə görə, Moskvanın Ermənistan qarşısında iki əsas tələbi var. Bunlardan biri Rusiyalı iş adamı Samvel Karapetyanın və ona məxsus müəssisələrin taleyi, digəri isə Ermənistanın gələcək nüvə energetikası layihələridir. Qeyd olunur ki, "Rosatom" Ermənistanda yeni atom enerji bloklarının tikintisini təklif etsə də, Paşinyan administrasiyası bu məsələdə Qərbin, xüsusilə ABŞ-ın mövqeyini də nəzərə almağa məcburdur.

İddia olunur ki, Paşinyan yaxın dövrdə nə Aİİ və ya Avropa İttifaqı arasında seçimlə bağlı referendum, nə də atom energetikası məsələsində qəti qərar vermək niyyətində deyil.

Lakin Ermənistan hökuməti bu mövzuları mümkün qədər uzatmağa, paralel olaraq isə Avropa İttifaqından əlavə iqtisadi dəstək almağa və ölkənin enerji sistemini Rusiyadan mərhələli şəkildə uzaqlaşdırmağa çalışacaq.

Beləliklə, müxaliflər Paşinyanın əsas taktikasının 2027-ci ilin sonuna qədər Moskva ilə münasibətlərdə vaxt qazanmaq olduğunu iddia edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR