İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “təmizləmə əməliyyatı”na başlayır - Keçmiş prezident üçün həbs yolu göründü

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq prezident Robert Köçəryana qarşı məhkəmə iddiası qaldırıb. İddiada Simonyan Köçəryandan açıq şəkildə üzr istəməsini və 1 milyon dram təzminat ödəməsini tələb edir.

Qeyd edək ki, bu addım Köçəryanın Simonyanın ünvanına səsləndirdiyi “belə etibarsız adam orduda normal xidmət edə bilməzdi” ifadələrinə cavab olaraq atılıb.

UUUU.jpg (65 KB)

Siyasi dairələr və media nümayəndələri bu hadisəni həm Ermənistanda siyasi liderlər arasında şəxsi və rəsmi münasibətlərin gərginləşməsi, həm də ölkə ictimaiyyətində baş verən fikir ayrılıqlarının açıq şəkildə nümayişi kimi qiymətləndirirlər.

Ekspertlər hesab edirlər ki, bu yolun sonunda Köçəryan dəmir barmaqlıqlar arxasına da salına bilər. Hətta belə iddia da var ki, bu ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər baş nazir Nikol Paşinyan qələbə qazanmaq üçün qarşısındakı maneələri bu yollarla aradan qaldırmaq niyyətindədir.

Paşinyan hədəfinə çata biləcəkmi?

asif.jpg (298 KB)

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a açıqlamasında iddialar ətrafında bunları deyib:

“Simonyanın timsalında Ermənistan hakimiyyətinin Köçəryana qarşı atdığı addımlar Paşinyanın təlimatı ilə baş verir. Seçki yaxınlaşdıqca Köçəryanın xüsusilə hədəf seçilməsi təsadüfi deyil.

Birincisi, Köçəryan Rusiyanın dəstəklədiyi əsas fiqur kimi qəbul olunur.

İkincisi, o, Ermənistan siyasətində yeni sima kimi çıxış edən milyarder Samvel Karapetyanla qüvvələrini birləşdirmək, seçkidə birlikdə mübarizə aparmağa çalışır. Bu, Rusiyanın Ermənistandakı maraqlarına uyğundur. İstisna deyil ki, Köçəryan müxalif qüvvələri birləşdirməklə Rusiyaya Paşinyanı devirə biləcəyini isbatlamaq və seçkidə Moskvanın dəstəyini qazanmaq niyyətindədir. Buna görə Paşinyan komandası əsas hədəf kimi Köçəryanın üzərinə hərəkət edirlər. Simonyanın məhkəmə müraciəti də bu prosesin davamıdır.

Düşünmürəm ki, bu məhkəməyə görə Köçəryan həbs olunacaq, müəyyən qədər təzminatın ödənilməsi qərarı verilə bilər. Lakin məqsəd seçkiyə qədər Köçəryanı müxtəlif yollarla sıradan çıxarmaqdır. Mümkündür ki, seçki yaxınlaşdıqda onunla bağlı başqa iddialar da gündəmə gəlsin və hüquqi müstəvidə addımlar atılsın”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR