İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan sərhədlərin açılmasından DANIŞDI

İrəvan Ermənistan-Türkiyə sərhədində yeni infrastrukturun yaradılmasında Avropa İttifaqının köməyinə ümid edir.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlər, diplomatlar və beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə bildirib.

"Hava sərhədi açıqdır. Ermənistandan Türkiyəyə müntəzəm uçuşlarımız var və ikitərəfli uçuşların həcminin artacağını gözləyirəm. Amma təbii ki, quru sərhədinin də açıq olacağına ümid edirik. Yeri gəlmişkən, Türkiyə ilə sərhəddə yeni infrastruktura ehtiyacımız olacaq və hazırda Aİ-nin bu məsələni necə dəstəkləyə biləcəyini müzakirə edirik", - deyə Paşinyan qeyd edib.

Baş nazir Ermənistanın Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə gedən yük maşınları üçün marşrut təmin etməyə hazır olduğunu bir daha vurğulayıb. Bunun üçün infrastruktur tam hazırdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR