İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan dibə düşür - reytinqi 28 faizin altında

Ermənistanın baş naziri müxalifət partiyalarını qeydiyyata aldırmır, partiyası yaxınlaşmaqda olan seçkiləri belə saxtalaşdırmaq istəyir      

Ermənistanın baş naziri Nikol Paşinyan partiyadaşları ilə parlament seçkilərinə hazırlığı müzakirə edir. 

Musavat.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti hakimiyyətə yaxın mənbələrə istinadən yazır.

Qəzetin yazdığına görə, Paşinyan partiyasının üzvlərinə deyib ki, küçə mübarizəsi başa çatıb, müxalifət artıq küçələrə çıxmayacaq. “Hakimiyyət  bu fürsətdən istifadə edərək yay ayların təbliğat üçün istifadə etmək niyyətindədir. Hakimiyyət nümayəndələri hər həftə bölgələrə səfər edəcək, Paşinyan da respublikanın bölgələrinə ayrıca səfərə hazırlaşır”, - “Joxovurd” qeyd edir.

MPG/Gallup Beynəlxalq Assosiasiyasının may ayında keçirdiyi sorğuya əsasən, Ermənistan vətəndaşlarının yalnız 27,8%-i bu və ya digər dərəcədə Nikol Paşinyanın işini bəyənib.

picturepicture_162426126393699069350978_56142.jpg (216 KB)

Hakimiyyət seçkilərə hazırlaşarkən hər cür mümkün və qeyri-mümkün üsullarla çalışır ki, növbəti seçkilərdə hakimiyyət üçün real təhlükə yaradan qüvvələrin meydana çıxmasının qarşısını alsın. Belə ki, “Hraparak” qəzetinin mənbələri xəbər verir ki, Dövlət Reyestrinə bütün mümkün vasitələrlə yeni partiyaların qeydə alınmasının qarşısını almaq tapşırılıb. “Ola bilsin ki, bu səbəbdən yeni yaradılan partiyalar qeydiyyatla bağlı problemlərlə üzləşirlər. Məsələn, keçmiş müdafiə naziri Arşak Karapetyanın  Milli Cəbhə  Partiyası, Mihran Poqosyanın Erməni Milli Birliyi və  Hayk Marutyanın Yeni Qüvvələr Hərəkatı hələ də qeydiyyata alınmayıb. Seçkiyə qatılmaq niyyətində olan bəzi siyasətçilər isə rəsmi qeydiyyatda olan partiya almağa üstünlük verirlər. Onlar təsisçilərə pul verib, qeydiyyat sənədlərini  alırlar.  “Lyudmila Sarkisyanın partiyasına 4000 dollar ödənilib. Tiqran Karapetoviç Xalq Partiyası da pul müqabilində partiyasından imtina edib”, – qəzet yazır.

“Nikol Paşinyan “seçkilərin nəticələrinin saxtalaşdırılması” ifadəsinin artıq tarix olduğunu  deyərkən yalan danışır. Seçki saxtakarlığı ancaq formasını dəyişib. Nikol Paşinyanın hakimiyyəti dövründə, “keçmişlər”in dövründə baş vermiş seçkiqabağı rüşvət yoxdur, amma mənşəyi qanunsuz olan külli miqdarda puldan istifadə edilir. Bu, İrəvan Ağsaqqallar Şurasına seçkilər zamanı qeydə alınıb. “Mülki müqavilə” seçki fondunu qanunsuz olaraq külli miqdarda vəsaitlə doldurub. Və bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən qeydə alınıb”. Bunu isə “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan deyib. 

756527741696746-1.jpg (1.19 MB)

“Nikolanın dövründə saxtalaşdırmanın yeni növü - seçkidən sonra tətbiq olundu. Buna əsasən, səslər seçkilərdən sonra  müdaxilə olunur və onlar istəklərə uyğun dəyişdirilir. Xüsusilə, bu, yerli özünüidarəetmə orqanlarına seçkilərdə qeydə alınıb.   

Bu, Vanadzor, Alaverdi, Gümrü və digər icmalardakı seçkilərdə  baş verib. Ən son misal İrəvan Ağsaqqallar Şurasına seçkiləri göstərmək olar. Paytaxtda hakim “Mülki Müqavilə” Ağsaqqallar Şurasında yarıdan çox səsinə sahib deyil, lakin   bəzi qüvvələr nikolovçularla sövdələşdiyi üçün mer postunda onların adamı qaldı. Sırf formal nöqteyi-nəzərdən qanun pozulmayıb, amma görünən odur ki,  çirkin sövdələşmə nəticəsində irəvanlıların səsinə yenidən məhəl qoyulmayıb” deyə, o bildirib.  

Tedovyan deyib ki, parlament seçkilərində də Paşinyan bu cür  metoddan istifadəyə cəhd edəcək, “amma bu addım onun üçün “ölümcül” olacaq”.

Musavat.com                                      

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR