Onlayn ictimai-siyasi qəzet
Ambulator dərman təminatı prosesində özəl aptek təşkilatları ilə əməkdaşlıq ediləcək.
Musavat.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də bildirib.
Onun sözlərinə görə, aptek lisenziyası olan və müvafiq əczaçılıq üzrə sertifikasiyadan keçmiş əczaçılardan ibarət işçi heyətə sahib olan aptek təşkilatları Agentliklə əməkdaşlıq üçün könüllü müraciət edə biləcəklər:
“Aptek təşkilatlarının müraciəti əsasında ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilənin nümunəvi formasına uyğun Agentlik və apteklər arasında müqavilələr bağlanacaq. Bütün iş prosesi müqavilənin şərtlərinə uyğun tənzimlənəcək”.
Afaq Mirayiq,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ