İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölən şəxsin pensiyası ilə bağlı təklif

"Dünyasını dəyişən şəxslərin pensiya kapitalının bir hissəsinin onun vərəsəsinə ödənilməsinin tərəfdarıyıq".

Musavat.com xəbər verir ki, bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu, həm pensiya kapitalının toplanması, daha səmərəli istifadə edilməsi, həm də vətəndaşlarımızın pensiya kapitalını toplamağa marağının artmasına gətirib çıxara bilər:

"Bir tərəfdən əmək müqavilələrinin rəsmiləşdirilməsi, digər tərəfdən isə pensiya kapitalının səmərəli istifadəsi deməkdir. Həm kapitaldan səmərəli istifadə olunur, həm də kapital yığımlarına marağın artırılması baxımından belə mexanizimin tətbiqi məqsədəuyğundur. Bu istiqamətdə təkliflərimizi təqdim etmişik. Maliyyə qiymətləndirilməsinin aparılmasını və uyğun qərarların qəbul edilməsini məqsədəuyğun hesab edirik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR