İnsanlara hürriyət, millətlərə istiqlal!

Novosibirskdə tələbələri təbliğatla müharibəyə aparmaq cəhdi

Novosibirskdə kolleclərindən birinin rəhbərliyi Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqdan və müharibəyə getməkdən imtina edən tələbələr üçün "Xəyanət" filminin nümayişini təşkil edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, filmin nümayişi 24-26 fevral tarixlərində, üç gün davam edib və Novosibirsk Nəqliyyat Texnologiyaları Kollecində baş tutub.

Qurumun rəsmi VKontakte səhifəsinə görə, tədbir "profilaktik işin effektivliyini artırmaq" məqsədilə keçirilib. Andrey Medvedyev tərəfindən yaradılan film terrorizm və ekstremizmdə ittiham olunan rusların hekayəsini izah edir və izləyicilərə onların hekayələrinə "dərin bir şəkildə nəzər salmağa" imkan verir.

Daha əvvəl kollecin direktoru Mariya Kirsanova ilə yuxarı kurs tələbələri arasında söhbətin səs yazısı ictimaiyyətin diqqətini cəlb edib. Bu görüş tələbələrə dron operatoru kimi xidmət etmək üçün müqavilə təklif edən hərbi rəsmilərin səfərindən sonra baş tutub. Lakin bütün tələbələr təklifi rədd ediblər. Görüş zamanı Kirsanova "Vətən tələb edir, biz etməliyik!" deyə bəyan edib. Ona cavab olaraq tələbələr soruşublar: "Sink tabutda gələcəyikmi?" Kirsanova onlara qəzəblənib: “Bu qorxu sizdə haradandır? Hamınız qorxaqsınızmı?”

Beləliklə, öz övladını müharibəyə göndərməyən kollec direktoru 18-20 yaşlı gəncləri qorxaqlıqda, patriot olmamaqda ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR