Onlayn ictimai-siyasi qəzet
Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 626-ya yüksəlib.
Bu rəqəm əvvəlki açıqlama ilə müqayisədə əhəmiyyətli artım deməkdir.
Son məlumatlarda ölənlərin sayının 579 olduğu, təxminən 2 min nəfərin isə itkin düşdüyü bildirilirdi.
Qeyd edək ki, Nepal-Çin sərhədində baş verən buzlaq çökməsindən sonra yaranan güclü sel və daşqınlar genişmiqyaslı dağıntılara səbəb olub. Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir. Fəlakət nəticəsində yaşayış məntəqələri, yollar, körpülər və enerji infrastrukturu ciddi zərər görüb./Qafqazinfo
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ