Onlayn ictimai-siyasi qəzet
Venesuelanın neft ixracı ölkədə yaşanan siyasi gərginlik fonunda faktiki olaraq dayanıb.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, ABŞ tərəfindən elan edilən neft embarqosundan sonra Venesuela limanları yüklənmiş tanker gəmilərinə dənizə çıxmaq üçün icazə vermir. Nəticədə bir sıra gəmilər akvatoriyanı boş halda tərk etmək məcburiyyətində qalıb, ölkənin əsas neft ixrac terminalı olan Xose terminalında isə yükləmə işləri tamamilə dayandırılıb.
"Reuters"in mənbələri bildirir ki, anbarların və üzən neft saxlama gəmilərinin həddindən artıq dolması səbəbindən Venesuela neft hasilatını azaltmaq məcburiyyətində qala bilər.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ